Hazırsınız?

Kiçik və orta komandalar dərhal sınaqla başlayır. İri distributorlar üçün demo, pilot və texniki müzakirə təklif edirik.

50+ şirkət TayqaTech həllərinə güvənir

Veysəloğlu Qrup Azercell Avrora Aquavita Xırdalan Şərab Sahil Trading

Start, Business və ya Pro?

Zəng gözləməyin — qeydiyyatdan keçin və 3 həftə pulsuz sınayın.

Sınamağa başla

Enterprise. Proseslərinizi danışaq — formu doldurun, tezliklə əlaqə saxlayaq.

Maraqlandığınız istiqamət

Məlumatlarınız yalnız sorğunuza cavab üçün istifadə olunur, üçüncü tərəflərlə paylaşılmır.

SUALLAR

Tez-tez verilən suallar

Kiçik komanda üçün uyğundurmu?

Bəli. Start, Business və Pro paketləri kiçik komandalar üçündür — qeydiyyatdan keçin, 3 həftə pulsuz sınayın, sonra istifadəçi və ya paket artırın.

Tətbiqetmə nə qədər vaxt aparır?

Start, Business və Pro-da qeydiyyatdan dərhal sonra işə başlaya bilərsiniz. Enterprise layihələri üç mərhələdə keçir: analiz və quraşdırma, icra və təlim, canlıya keçid — sonda 2 həftəlik hypercare.

Mövcud məlumatlarımız (Excel, köhnə sistem) necə köçürülür?

Müştəri, məhsul, qiymət və qalıq məlumatlarının köçürülməsində komandamız kömək edir. Enterprise-də köçürmə planı analiz mərhələsində qurulur, API və FTP inteqrasiyaları dəstəklənir.

Hansı cihazlar lazımdır?

Mobil tətbiq Android cihazlarda, veb portal istənilən müasir brauzerdə işləyir. Xüsusi avadanlıq lazım deyil.

İnternet olmayanda sahə işi dayanır?

Xeyr. Əməliyyatlar offline rejimdə cihazda qeyd olunur, bağlantı bərpa olanda yalnız dəyişən məlumat ötürülür.

Canlıya keçiddən sonra dəstək necə işləyir?

Dəstək paketə görədir: hamısında tiket, Business-dən canlı çat, Pro-da SLA (5/9), Enterprise-də əlavə olaraq telefon (WhatsApp) və təyin olunmuş koordinator. Bulud monitorinqi hamısına daxildir.

Qiymət necə müəyyənləşir?

Qiymət paketə və istifadəçi sayına görə hesablanır — gizli xərc yoxdur. Paketlərin müqayisəsi Qiymət səhifəsindədir.

Necə qeydiyyatdan keçirəm?

Qeydiyyat səhifəsində şirkət hesabını özünüz yaradırsınız — bir neçə dəqiqə çəkir. Sınaq 3 həftə pulsuzdur, sonra uyğun paketi seçirsiniz.

Paketimi sonradan artıra bilərəmmi?

Bəli. Yeni modul və istifadəçi mövcud quraşdırmaya əlavə olunur — sistem sıfırlanmır.